Balın təmiz olduğunu necə bilərik?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İlk olaraq bal soyuducuda xarlayırsa bu bal təmizdir. Balın konsistensiyası qatı olmalıdır və qaşıqla tökdükdə davamlı axmalıdır. Əgər bal kəsik-kəsik axırsa bu təmiz bal deyil. Bundan əlavə 1 ay soyuducuda qalan bal qaymaq vəya yağ konsistensiyasında olması normaldır.

Çiçək balı daha sürətlə, şam balı isə daha yavaş axır. Balın rəngi, dadı, konsistensiyası alındığı bitkiyə görə dəyişə bilir. Təmiz balın qoxusu daha sərtdir. Yediyiniz zaman boğazda azacıq yanma hissi yaratmalıdır. Balda azda olsa şəkərin təsirindən spirt olduğundan kibrit çöpündə yanır.

Balın kimyəvi tərkibi isə 20% su, 75% şəkər və 5% isə başqa maddələrdən ibarətdir. Bal yüksək kalorili qidadır. Həm də, müalicəvi əhəmiyyəti yüksəkdir. Bal orqanizm tərəfindən tam mənimsənilən qidalardandır.

0 points