Balaton gölü harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Mərkəzi Avropanın ən böyük gölü olan Balaton gölü Macarıstan ərazisində yerləşir. Gölə tökülən çaylar içərisində əsas yeri Zala çayı tutur. Göldən yalnız Şio çayı başlanır. Sahəsi 594 kv.km, orta dərinliyi 3.6m olub gəmiçilik üçün yararlıdır. 

Həmçinin göldə balıqçılıq yaxşı inkişaf edib. Göldə turizmin inkişafı üçün hər cür şərait var. Şiofok, Keşthey, Balatonfürend, Zamardi kimi kurort şəhərləri var. Şəhərlər əsasən gölün cənub sahillərindədir. Gölün ətrafında velosiped sürmək üçün zolaqlar mövcuddur. İqlimi kontinental olduğuna görə qışda buz bağlayır. 

0 points