Babasil olaraq bilinən hemoroidlər damarların əsasən submukozal ağırlıqlarını genişləndirərək formalaşır.
Yoğun bağırsağın son 20sm.-lik qisminə rektum (intstinum rectum) deyilir və nəcis burada yığılır. Rektumun ucunda isə anus (anal) deyilən 3-4 sm-lik bir qisim vardır. Babasilə ümumiyyətlə 50 yaşını keçənlərin 50%ində rast gəlinir. Babasil anal dəliyinin xaricində meydana gəlmişsə xarici hemorroid, içində meydana gəlmişsə daxili hemorroid deyilir. Hemorroidin meydana gəlməsi esas səbəb qəbizlikdir. Bundan başqa normal olmayan qidalanma, daha çox lifsiz qida maddələri, davamlı oturaqlıq, köklük və çox hərəkət etməyən şəxslərdə daha çox rast gəlinir.
1-ci mərhələdə hemoroid anusun içindədir, qanama və qəbizliyə səbəb olur. 2-ci mərhələdə hemoroid məməcikləri nəçislə çölə çıxır. 3-cü mərhələdə məməciklər çətinliklə əl ilə içəri itələnir. 4-cü mərhələdə hemoroid davamlı çöldədir.