Tornado answered
Baatara şəlaləsi Livan ərazisində Tannorin şəhərinn yaxınlığında Dağlıq Livan adlanan regionda Livan silsiləsində Cebeyl rayonu ərazisində 225 metr hündürlüyündən axan şəlalədir. Şəlalədə Yura dövründən qalma 3 təbii körpü olduğuna görə onu “Üç körpü şəlaləsi də adlandırırlar“. Körpülər bir birinin üzərində yerləşirlər.
Baatara şəlaləsi Baatara mağarasına tökülür. Yüz illərlə suyun və küləyin təsiri burada təkrar olunmaz mənzərə yaranmasına səbəb olmuşdur. Yaxın zamanlara qədər bu körpünün üzərində turistlərin gəzməyinə icazə verilirdi. Aparılan araşdırmalar bunun qorxulu olduğunu göstərdi və bura çıxmağa icazə verilmir.