Azimut nəyə deyilir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azimut ərəbcə “əs-simt” sözündən götrülüb mənası “istiqamət” deməkdir. Azimut şimal istiqamətlə verilən istiqamət arasında qalan bucağa deyilir.

Saat əqrəbi istiqamətində hesablanan bu bucaq 0-360 dərəcə arasında qiymət ala bilir. 0 və 360 dərəcəlik azimut şimal istiqamətini, 90 dərəcəlik azimut sərq istiqamətini, 180 dərəcəlik azimut cənub istiqamətini, 270 dərəcəlik azimut isə qərb istiqamətini göstərir. Məhəldə azimutu kompasla təyin edirlər, planda transportirlə və həmdə planın kənarında oxla göstərilir, əgər göstərilməzsə planın baş tərəfi şimal istiqamət götürülür, qlobus və xəritələrdə isə meridian və paralellərə görə müəyyən edilir.

0 points