Azərbaycanda müalicə əhəmiyyətli neft harada çıxarılır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azərbaycan Respublikası ərazisində Naftalan şəhəri yaxınlığında müalicə əhəmiyyətli neft çıxarılır. Naftalan nefti qatı maye halında, qara-qonur və qəhvəyi rəngə, xüsusi qoxuya malik neftdir.

Mürəkkəb fiziki-kimyəvi tərkibə malik olan naftalan nefti qətranlı, az kükürdlü, parafinsiz olub sənaye neftlərindən fərqli olaraq tərkibində benzin, kerosin, liqorin kimi maddələrə rast gəlinmir.

Naftalan neftindən əsəb, oynaq-dayaq sistemi, ginekoloji, dəri xəstəlikləri, ciyər xəstəlikləri və s.-də istifadə olunur. Neftin müalicəvi təsiri insanlara qədim zamanlardan məlum idi.

Hətta məşhur səyyah Marko Polonun “Böyük Tatarıstan haqqında“ traktatında naftalandakı neft haqqında yazıya rast gəlinir. Hazırda Naftalanda müalicəvi kurort fəaliyyət göstərir.

0 points
Fatimə Mehdizadə answered

Naftalan

0 points