Azərbaycan ərazisində neçə milli park var?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Milli parklar  bütün növ insan fəaliyyətinə məhdudiyyət qoyulan qoruqlardan fərqli olaraq, turistlərin gəlməsinə, maarifçiliyin, elmi mədəni məqsədlər üçün istifadə etməyə icazə verilmiş qorunan sahələrdir. Dünyada ilk  milli park ABŞ-a olan Yelluston Milli Parkı(1872) hesab edilir.

Azərbaycan Respublikası ərazisində 9 milli park fəaliyyət göstərir. İlk milli park Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2003-cü ildə yaradılmışdır. 1.Zəngəzur milli parkı (16.06.2003); 2.Ağ göl milli parkı (5.07.2003)); 3.Şirvan milli parkı (5.07.2003); 4.Hirkan milli parkı(9.02.2004); 5.Altağac milli parkı (31.08 2004); 6. Abşeron milli parkı ( 8.02.2005); 7.Şahdağ milli parkı (8.12.2006); 8.Göygöl milli parkı (1.04.2008); 9.Samur-Yalama milli parkı (5.11.2012).

0 points
Elvin Namazov answered

Azərbaycan ərazisində 9 milli park vardır. Bunlar Zəngəzur, Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ və Samur-Yalama milli parklarıdır.Parklardan səkkizi Azərbaycanın respublika tabeli rayonlarında biri isə (Zəngəzur) Naxçıvan Muxtar Respublikasında yerləşir. Ən sonuncusu Samur-Yalama milli parkı 5 Noyabr 2012 tarixində Xaçmaz ərazisində salınmışdır. Faunasına çöl donuzu, qırqovul, kəklik, yenot və s. daxildir.

Zəngəzur milli parkı tarixi Zəngəzur vilayətinin qonşuluğunda yerləşir (Ordubad rayonu). Ağgöl milli parkı Ağcabədi-Beyləqan rayonları ərazisindədir. Şirvan milli parkının faunasında əhəmiyyətli yeri  ceyranlar tutur. Park Salyan-Neftçala rayonları ərazisində yerləşir. Hirkan milli parkı Lənkəran və Astara rayonları ərazisindı yerləşir və burada Azərbaycanın ən nadir canlılarından biri olan Ön Asiya bəbiri yaşayır. Abşeron milli parkının faunasına dünyanın ən kiçik suitisi sayılan Xəzər suitisi daxildir. Altıağac milli parkında Azərbaycan "Qırmızı Kitabı" na daxil edilmiş qonur ayı və çöl qartalı cinsləri məskunlaşmışdır. Qonur ayı həmçinin Şahdağ milli parkı ərazisindəki qorularda da yaşayır. Göygöl milli parkı Gəncə və Xanlar rayonu ərazisində yerləşir və "Azərbaycanın incisi" Göygöl və ətrafındakı əraziləri əhatə edir.

0 points