Dünyqada rast gəlinən 2000-dən çox palçıq vulkanının 344-ü Azərbaycan ərazisində yerləşir. Palçıq vulkanlarının əsasən neftli qazlı ərazilərdə rast gəlindiyindən Azərbaycan Respublikasında palçıq vulkanı bu qədər cöxdu. Bunlardan biri də Hacıqabul rayonu ərazisində olan Axtarma-Paşalı palçıq vulkanıdır. Vulkan ilk dafə 1948-ci ildə püskürüb. Vulkan paiçığı 18 ha sahəni örtüb və palçıq qatının orta qalınlığı 1.2m-dir. Vulkanın püskürdüyü ərazidə çoxlu sayda çatlar əmələ gəlib. Bu çatların ən böyüyünün uzunluğu 2 km, eni 30-80 sm arasında dəyişir.
Axtarma-Paşalı vulkanının krateri 10 kv.km-ə yaxın olub bir neçə sahəyə ayrılır. Azərbaycanda olan vulkanların bir çoxunda olduğu kimi bu vulkan da püskürərkən səthə çoxlu miqdarda neft çıxır. Vulkanın ətrafında olantullantılarda neftə və müəyyən miqdarda yanar şistə rast gəlinir. Vulkan ən son 2016-cı il yanvarın 25-dən 26-na keçən gecə püskürüb.