Avropada ən kiçik evlərdə kimlər yaşayır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Avropada ən kiçik evlərdə ingilslər yaşayır. Birləşmiş Krallıqda həm evin, həmdə ayrı-ayrılıqda otaqların ölçüsü çox azdır. Fransada yeni tiklən evin 1 otağı 26,9 kv.m-dirsə bu rəqəm İngiltərədə 15,8 kv.m olur.

Bütün evin sahəsinə gəldikdə is Birləşmiş krallıqda yeni tikilən evin orta ölçüsü 76 kv.m dir. Bu ölçü İrlandiyada 88 kv.m, İspaniyada 97 kv.m, Fransada 113 kv.m, Danimarkada isə 137 kv.m-dir. Avropadan kənara çıxdıqda isə Avstraliyada evlərin orta ölçüsü 206 kv.m, Amerikada isə təqribən İngiltərədəki rəqəmin 3 qatıdır 214 kv.m.

Avropada yaşayış təqribən eramızdan əvvəl 3000-ci illərdə olmuşdur. Qədim dövürdə Avropada evlərin divarları yığılma daşdan düzəldilmiş, tavan isə qamışdan hörülmüş və həmişə yumuru formada olurmuş. İnsanlar bu evlərdə heyvanları ilə birgə yaşamışlar. Evi isitmək üçünsə evin içində ocaq qalamışlar.

0 points