Avar Xanlığı hansı dövlətin ərazisində yerləşirdi?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

12-ci əsrdə Sərir krallığının dağılması ilə əlaqədar olaraq Avarlar müsəlmanlaşmağa başladılar. 13-cü əsrdə qurulan Xanlıq bugünkü Dağıstan Respublikası(Rusiya Federasiyası) ərazisinin bir hissəsini əhatə edirdi. Monqolların yürüşlərindən sonra zəifləyən xanlıq Qızıl Ordu dövlətinin dağılması və Qaziqumuq Şamxallığının yüksəlişi xanlığı əhəmiyətsiz bir dövlətə çevirmişdir. 

18-ci əsrdə Qaraba xanlığı ilə müttəfiq olan Avarlar Cənubi Qafqazda təsiredici bir gücə çevrildi. Əsasən Gürcüstana qarşı edilən səfərlər xanlığa xeyli qənimət gətirdi. Lakin Ümmə xanın(1774-1801) ölümü ilə Avar xanlığı zəiflədi və Rusiya idarəsi altına girdi. Qafqaz Avarlarının Türk Avarlar(Juan-juanlar) ilə qohumluq əlaqəsinin olub-olmaması bugün tarixçilər arasında mübahisə mövzusudur.

0 points