Atmosfer yeri əhatə edən hava təbəqəsidir. Atmosferin olması Yerdə həyatın olması üçün əsas şərtdir. Əgər atmosfer olmasaydı Yer gündüzlər həddindən artıq qızar gecələr isə soyuyardı. Atmosfer Günəşdən gələn ultrabənövşəyi və infraqırmızı şüaları udur və onların yerə gəlib çatmasına mane olur. Kosmosdan daima Yer üzərinə gələn meteorit parçaları atmosferlə sürtünmədən toz halına düşərək tökülür. Əgər belə olmasaydı meteoritlər Yer səthində zəlzələ, vulkan və partlayışların yaranmasına səbəb olardı. Ozon qatı tərəfindən ultrabənövşəyi şüalar və termosferdə ion təbəqəsi tərəfindən infraqırmızı (rentgen) şüalar udularaq yer səthinə gəlib çatmasının qarşısı alınır.
Atmosfer insanların tənəffüsü üçün vacib şərtdir. İnsan havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Bundan başqa Yerdə eneryi dövranı, qaz dövranı, maddələr mübadiləsi, rütubət dövranı baş verməzdi. Səsin yayılması da atmosfer olmadan mümkün deyil.