Atmosferdə olan tozlar neçə cür olur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Müxtəlif tədqiqatlara əsasən Atmosferdə olan tozları üç növə ayrılırlar: kosmik, vulkanik, tellurik və ya yer üzərində yaranan.

Kosmik toz meteoritlərin parçalanmasından yaranan tozdur. Bu toz yer üzərindəki tozla qarışdığından onu təmiz halda ancaq qütb ərazilərində və qarla örtülü yerlərdə tapmaq mümkündür.

Vulkanik toz vulkan püskürmələri nəticəsində yaranan tozdur və bu toz da kosmik toz kimi az olduğuna görə böyük geoloji əhəmiyyətə malik deyil.

Yerdə yaranan toz süxurların parçalanması nəticəsində yaranır və külək onu müxtəlif istiqamətlərdə daşıyır.

0 points