At enlikləri adlanan coğrafi enliklər hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

30-38 dərəcəlik şimal və cənub enlikləri arasındakı enliklər yüksək təzyiqin ən yüksək həddə çatdığı enliklərdir. Burada maksimum təzyiq küləksiz sakit hava şəraitinin yaranmasına səbəb olur. 

At enliklərində subtropik antisklonların yaranması enən hava kütlələrinin təsiri ilə baş verir və yüksək sürətlə açağı enən bu hava passat küləkləri adı ilə ekvatorial enliklərə doğru yayılır. Həmişə isti və günəşli hava şəraitinə malik olan at enlikləri Böyük Səhrada (Afrika), Ərəbistanda, Moxove (ABŞ), Sonor (ABŞ və Meksika sərhədində), Atakama (Çili), Namib (Afrika), Kalaxari (Afrika), Böyük Qumlu və Biktoriya (Avstraliya) səhralarının yaranmasına səbəb olur.

Biz yuxarıda qeyd etmişdik ki, 30-38 dərəcəlik enliklər arasında çox yüksək təzyiq sahəsi yaranır ki, bu ərazilərdə tam sakit və küləksiz hava (şəlakət) yaranır və bu hava şəraiti uzun müddət (1 və bəzən 2 ay qədər) davam edirdi . Yelkənli gəmilərin mövcud olduğu dövrlərdə əsasən bu enliklərlə hərəkət edən gəmilər dayanmalı olurdular.

At enlikləri adının necə yaranması haqqında bir neçə fərziyyə mövcuddur. Bunlardan biri və ən doğru ola biləcəyi Böyük kəşflərdən sonra İspanlar gəmi ilə qərbə apardıqları atları (səlakət dövründə) su və qida ilə təmin edə bilmədiklərindən onların bəziləri və ya çoxu ölürdü və onları dənizə atırdılar. Elə bu səbəbdən də bu enliklər at enlikləri adlanırdı.

0 points