Asuan şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Misir Ərəb Respublikasında Hil çayının sağ sahilində yerləşən çay limanıdır. Şəhər planetin ən quraq iqlimə malik ərazilərindən birində yerləşir. İl ərzində 1.4 mm yağıntı düşə bilir. Qışda 20-25 dərəcə, yayda isə 40 və bəzən 50 dərəcəyə qədər istilər ola bilir.

Asuan yaxınlığında olan Asuan bəndi Misirin ən böyük hidrotexniki qurğusu sayılır. Burada istehsal olunan elektrik enerjisi Misirin iqtisadiyyatında əhəmiyyətli rol oynayır.

Asuan şəhərinin görməli yerləri Elefantin adası, botanika bağı, Ağa-Xan movzoleyi, dağılmış müqəddəs Simeon monastrı və sairədir.

0 points