Tornado answered
Ərəbistan dənizində yerləşən və Pakistan Respublikasına aid olan ada sahildən 25 km cənubda Paşni şəhərindən 39 km cənub şərqdə yerləşir. Sahəsi 6.7 km² olan ada Pakistana aid olan adaların içərisində ən böyük ada sayılır.
Adanın ən hündür yerinin hündürlüyü 75 m dir. Yeddi təpədən ibarət olduğuna görə onu yerli dildə “Xaft talar“ yəni “yeddi təpə “ adlandırırlar. Ada təcrid olunduğundan oranın heyvanat aləmi qorunub saxlanılmışdır.
1982-ci ildə buradan keçən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Pakistan hökuməti burada mayak inşa etmişdir.
