Tornado answered
Yer qabığını təşkil edən süxur və mineralların xarici qüvvələrin ( külək, su, buzlaq, dalğa və s.) təsiri ilə dağılıb parçalanması aşınma adlanır.
Aşınma fiziki, kimyəvi, bioloji olaraq uç növə ayrılır.
1. Fiziki aşınma və ya mexaniki aşınma temperaturun kəskin dəyişməsi, dalğanın sahilə etdiyi təzyiq, süxur layları arasında suyun donması, kulək, buzlağın fəaliyyəti və s.nəticəsində süxurların dağılıb parçalanmasına deyilir.
2. Kimyəvi aşınma süxurların hava və su ilə təması zamanı gedən kimyəvi reaksiya nəticəsində baş verir.
3. Bioloji aşınma bitki və heyvanat aləminin süxur və minerallara etdiyi həm mexaniki həm də kimyəvi təsiri nəticəsində baş verir.