Asimmetrik çay dərələri necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çay dərələrinin asimmetriyası müxtəlif səbəblərdən ola bilir. Buna səbəb ya ərazinin tektonikası və ya fay xətləri səbəb ola bilər. Belə hallar eyni tərkib yatım şəraitinə malik süxurlardan axan çaylarda müşahidə olunur. Şimal yarımkürəsindən axan çayların sağ sahilləri dik və sol sahillərinin az meylli olmasının səbəbini Akademik K.M. Berq belə izah edirdi: cənubdan şimala doğru (meridian istiqamətdə) axan çay suları yerin fırlanma hərəkətindən asılı olaraq kənara atılır. Yer qərbdən şərqə fırlandığı üçün cay suları yerin ümumi fırlanma sürətindən geri qalir və sağ sahilə atılır. Bu isə tədricən sahilin yuyulmasına və dik sahilin əmələ gəlməsinə səbəb olur.

Sol sahildə isə suyun geriləməsi azmeylli sahilin əmələ gəlməsinə səbəb olur. Dunay, Lena, Ob, Nil, yenisey çaylarında bu aydın görsənir.

0 points