Arlberq dağ silsiləsi hansı ölkənin ərazisində yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Şərqi Alp dağlarında yerləşən bu dağ silsiləsi Avstriyanın ərazisində yerləşir. Dağın ən hündür zirvəsi Balluqa (2809m) dağıdır. Nival buzlaq sahələri və çətin iqlimə malik olan bu ərazilərdə gediş-gəliş o qədər də asan deyildi.

XIV-əsrdə insanlar heyvanların tapdayaraq açmış olduğu cığırlarla duz və sursat alveri ilə məşğul olurdular. Sonralar yüngül sənayenin inkişafı və poçt xidmətləri ilə əlaqədar 1824-cü ildən başlayaraq burada yollar çəkilməyə başladı. XX-əsrdə Langen və Sankt-Anton-Am-Arlberq yaşayış məntəqələrini birləşdirən tunel tikilmişdir.

0 points