Tornado answered
Avstraliya sahillərində yerləşən Arafur dənizi Hind okeanının kənar dənizidir. Dəniz şərqdən Mərcan dənizi, qərqdən isə Timor, Banda və Sera dənizləri ilə həmsərhəddir. Sahəsi 1017 min km² (karpentariya körfəzi ilə birlikdə), orta dərinliyi 186 metr və ən dərin yeri 3680 metrdir.
Dənizin səthində orta temperatur 25-28 dərəcə arasında dəyişir. Duzluluq 34-35 promilledir.
Yay aylarında şimal qərb mussonlarının, qışda isə cənub şərq mussonlarının təsiri altındadır.