Tornado answered
Apia şəhəri Müstəqil Samoa Dövlətinin paytaxtıdır. Şəhər Tyamacara vilayətindədir, həm də Samoanın yeganə şəhəri və limanidir. Apia Upolu adasının şimal dağlıq hissəsində yerləşir.
İqlimi tropik dəniz iqlimi olub kifayət qədər isti və rütubətlidir. Tez -tez qasırğalı küləklər əsir. Temperatur +24 ilə +27 dərəcə arasında dəyişir, yağıntının miqdarı il ərzində 3000 mm-ə çatır. Zəngin bitki və heyvanat aləminə malikdir.
Şəhərdə əsasən samoalılar yaşayırlar və samoa və ingilis dilində danışırlar. Şəhərin sahil rayonunda Apianın ən böyük katolik kilisəsi tikilib. Şəhərdə Samoa Milli Universiteti fəaliyyət göstərir.