Tornado answered
Mərkəzi Amerikada Karib dənizinin şərq hissəsində Kiçik antil adalar qrupuna daxil olan bir ölkədir. Antiqua əsasən mərcan adası olub cənub qərbində vulkan mənşəli yüksəkliklərə rast gəlinir.Hündürlüyü 402 m olan Boqqi dağı ölkənin ən hündür yeridir.
Barbuda adası da mərcan mənşəlidir, hamar səthi və qumlu çimərlikləri var. Ölkə əhalisinin əksəriyyətini zəncilər təşkil edir. Əhalinin 77%-i xidmət sahəsində və 4%-i kənd təsərrüfatında çalışır. İqtisadiyyatının əsasını xarici turizm və maliyyə xidmətləri təşkil edir.
