Tornado answered
Yer qabığını təşkil edən süxurlar müxtəlif yatım formalarına malik olurlar. Tektonik proseslər nəticəsində üfüqi yatan laylar sıxılaraq qırışıqların əmələ gəlməsinə səbəb olur. Qırışıq yaradan laylar ortadan əks tərəflərə meyl edərsə, yəni, orta qabarıq kənarlarsa ona nisbətən çökək olarsa yaranan qırışıq antiklinal qırışıq adlanır.
Antiklinallarda nüvə hissə, yəni, qabarığın ən yuxarı hissəsi qədim süxurlardan qanadlar isə, nisbətən cavan süxurlardan təşkil olunmuşdur. Təbiətdə antiklinal qırışıqlara tək rast gəlinmir, antiklinal qırışıq sinklinal qırışığı və ya əksinə birbirini əvəz edirlər.