Anqara çayı hansı göldən başlanır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Baykal gölündən başlanan yeganə çay olan Anqara çayı Yenisey Çayının ən böyük sağ qoludur. Çay Rusiya federasiyasının İrkutsk Vilayəti və Krasnayarsk ölkəsi ərazisindən axır. Çayın uzunluğu 1779 km-ə bərabərdir. Çayın ən böyük qolu Taseeva çayıdır.

Anqara çayı çox böyük enerji əhəmiyyətinə malik çay olub üzərində kaskadı su anbarları (İrkutsk, Bratsk, Ust-ilim su anbarları və SES) və su elektrik stansiyaları mövcuddur. Göldən götürdüyü sulardan əlavə çayın qidalanmasında qar və yağış suları da mühüm əhəmiyyət kəsb edir. Çayda su anbarlarının tikintisi ilə əlaqədar olaraq birbaşa gəmiçilik mümkün deyil. Ancaq ayrı-ayrı hissələrdə gəmiçilik mümkündür. Bundan əlavə ağac axıdılmasında da istifadə olunur.

0 points