Tornado answered
Ambon adası Malay arxipelaqının Molukka adalar qrupunda yerləşir. Adanın sahəsi 775km²-ə bərabərdir. İndoneziyanın Moluku vilayətinə daxildir.
Adada Ambon liman şəhəri var. Adanın relyefi əsasən dağlıqdır. Vavani (1100m) və Salaxutu (1225m) vulkanları adanın ən yüksək yerləridir.
Ekvatorial iqlim qurşağında yerləşən ada təmamilə rütubətli meşələrlə örtülmüşdür. Burada orta illik temperatur +27 dərəcəyə bərabərdir. Ərazidə mussonların təsiri güclüdür, yağışlı dövr oktyabrdan aprelə kimi davam edir.
Ambon adasının yerli sakinləri Malay-papuas mənşəli olub əsasən malay dilində danışırlar.