Amazon çayı delta yaradır, yoxsa, estuari?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən bol sulu çayı olan Amazon çayının delta, yoxsa, estuari yaratması sualı tez-tez eşidilir. Bir qədər qəribə olsa da (yəni, bir çayda həm delta, hə də estuarinin yaranması) bu belədir, Amazon çayı həm delta, həm də estuari yaradır.

Amazonun deltasına və onu əhatə edən estuariyə (okeana tərəf olan yerdə estuari yaranır) Tokantins çayı və onunla birlikdə yüzlərlə kiçik çay tökülür və əraziyə il ərzində 6 591kub kilometr həcmində su və 1 milyard ton asılı maddə gətirir. Atlantik okeanında yaranan güclü qabarma nəticəsində bu asılı maddələr okeana aparıldığından Amazonun deltası okeana doğru böyümür. Uzunluğu 200-350 km olan estuari çökəkliyində hündürlüyü 4 metrə catan qabarma dalğası saatda 25 km olmaqla suyu geriyə itələyir və çəkilmə zamanı estuaridə olan çöküntüləri açıq dənizə aparır. Elə bu səbəbdən də Amazonun deltası (sahəsi 100 000 kv. km) ondan az sulu olan Qanqın (105 640 kv.km) deltasından kiçikdir.

Amazonun deltasının eni 325 km olub onun əsas hissəsini Marajo adası və digər adalar təşkil edir. Deltanın ərazisi Braziliyanın Para və Amapa ştatlarının ərazisinə düşür.

Amazonun deltasında ən qədim sakinlər 10 400 il əvvəl yaşadıqlarını müəyyən edilmişdir. Hazırda burada 10-larla böyük və kiçik yaşayış məskəni  salınmışdır.

0 points