Tornado answered
Altar Cənubi Amerikada Ekvadorun Çimboraso əyalətində paytaxt Kitodan 170 km cənubda yerləşir. Altar 5321 metr olub qədim sınmış stratovulkandır. Hindular vulkanın 1460-cı ildə fəallaşdığını desələr də qeoloqlar vulkanın daha qədimdə püskürdüyünü deyirlər.
2000-ci ilin 13 noyabrında böyük bir andezit yığın 50 metr hündürlükdən düşərək hərəkət etməyə başladı. 2 dəqiqə davam edən sel axını 3 evi, 80 inək, 23 atı apardı. Blanko çayının sahilinə çatı və çayın suyu 30 metr qalxdı. Bunun nəticəsində dərənin aşağı hissəsi 20 metr qalınlığında palçıq qatı ilə doldu. Bu hadisə 13 nəfərin ölümünə səbəb oldu.