Almaz necə əmələ gəlir? Qrafit yoxsa daş kömür...

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

 İndiyə qədər almazın əmələ gəlməsi haqqında dəqiq məlumat hələ yoxdur. Alimlər onun yaranması haqqında müxtəlif fərziyələr irəli sürürlər. Bunlardan bəziləri onun maqmatik yolla yarandığını, mantiya mənşəli və vulkanik yolla səthə çıxdığını deyirlər. Bəziləri meteorit mənşəli olduğunu deyirlər. Şimali Sibirdə olan almazın bu yolla, yüksək təzyiqlə orada olan kömürün metamorfizləşməsindən yarandığını güman edirlər. Bəzi yataqlarda məsələn, şimali Qazaxıstanda kudumlu almaz yataqlarında metomorfik yolla yarandığı deyilir. Burada 150-200km dərinlikdə yüksək təzyiq altında qrafitin almaza çevrildiyi güman edilir.

Almaz saf karbon tərkibli ən sərt mineraldır. İlk dəfə onun karbon olmasını fransız kimyaçısı Lavosier almazı yandırarkən yanma qazının karbondioksid olduğunu görmüş və onun karbon olması fikrinə gəlmişdir. Almaz nadir və geniş yayılmış mineraldır. 1000 il əvvəl onu səthdə olan yataqlardan çıxarırdılar. XIX əsrdən isə sənaye üsulu ilə çıxarılır. Almaz saf oksigendə 720 və havada isə 800 dərəcədə karbon qazına çevrilə bilir. Ölçü vahidi karatdır (1 karat 200milliqrama bərabərdir). Almaz havasız şəraitdə və ya intert (monoatomik və ya təkatomlu) qrafitə çevrilə bilir. Almaz müəyyən şəraitdə hər ikisindən, həm kömürdən, həmdə, qrafitdən yarana bilər. 

0 points
Aygun Cemilova answered

Qrafit ve das komur

0 points