Allüvi nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Allüvi və ya allüvial çöküntülər - çayların və müvəqqəti axınların dağıdıcı fəaliyyəti nəticəsində çaydərələrində, gətirmə konuslarında və deltalarda toplanmış olan müxtəlif ölçülü çay daşı, çaqıl, çınqıl, qum, gilvə, lil, bitki və heyvan qalıqlarından ibarət olan çöküntülərə deyilir. Bu çöküntüləri ayrıca bir tip kimi 1823-cü ildə ingilis geoloqu Villiam Buskland ayırmışdır. İlk dəfə "allüvi" terminini Rus alimi Dokuçayev işlədmişdir. O zamandan bəri bütün müasir dövrün kontinental çöküntüləri allüvial çöküntülər adlanır. Bu o qədər də doğru deyil, çünki bu çöküntülərin tərkibində ellüvial, dellüvial və prollüvial çöküntülər də iştirak edirlər.

Allüvinin yaranması çay yatağının formalaşması (dib və yan eroziyası nəticəsində) əmələ gələn asılı maddələrin yataq boyu toplanmasından irəli gəlir. Yataqda meyllilik azaldıqca çay gətirdiyi asılı maddələri özü ilə apara bilmir və onları böyüklüyündən asılı olaraq çay boyu çökdürür bunun nəticəsində çay dərələri, vadilər, gətirmə konusları, allüvial düzənliklər və deltalar formalaşır.

0 points