Tornado answered
Böyük Afrika sınma zonasında yerləşən bu göl Konqo Demokratik Respublikası ilə Uqanda sərhəddində yerləşir. Göl Britaniya səyyahı S.U.Beyker tərəfindən 1864 cü ildə kəşf olunub və Britaniya kraliçası Viktoriyanın həyat yoldaşının şərəfinə Albert-Eduard adlandırmışdır. Sonralar göl sadəcə Albert adlandırılır. Gölün sahəsi 5300 km², dərinliyi 56 metr olub dəniz səviyyəsindən 615 metr hündürlükdə yerləşir. Albert gölünə Selmliki və Viktoriya Nil çayı tökülür, Albert Nil çayı isə oradan başlanır.
Balıqla zəngindir və gəmiçilikdə istifadə edilir. Əsas limanları Butiaba və Kasenidi.