Ağrı dağı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Hündürlüyü 5137 metr olan Ağrı dağı Türkiyənin ən yüksək dağıdır. Bu dağ Kiçik Asiya yarımadasının və Kiçik Qafqaz dağlarının ən hündür zirvəsi sayılır. Qərb ölkələrində dağı Ararat dağı adlandırırlar. Zirvəsi daimi qar və buzlaqla örtülü olan bu dağda ən iri buzlağın uzunluğu 2 kilometrə çatır.

Ağrı dağı iki yanaşı vulkan konusundan ibarət olub 4000 metrədək Kaynazoy yaşlı bazalt süxurlardan ibarətdir. Zirvələr bir birindən Sərdar-Bulaq aşırımı ilə ayrılır. Aşırım 11 kilometr uzunluğuna malik olub qar və buzla örtülüdür. Aşırımda olan Sərdar-Bulaq mineral bulağı 2682 metr dəniz səviyyəsindən yuxarıda yerləşir.

0 points