Ağ ayılar harada yaşayırlar?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uzunluğu 2-2.5 m olan bu nəhəng heyvanlar şimal qütbətrafı ərazilərdə yaşayırlar. Ayıların yuvası sahildə qar topasının içində olur. Ayılar balalarını dekabr-yanvar aylarında dünyaya gətirirlər. Yay aylarında onlar qütbə qədər gedib çata bilirlər. Ağ ayılar cəmi 25-30 il yaşayırlar, onların ən çox yaşayanı 45 il yaşayır və bu müddətdə 10-15 bala dünyaya gətirirlər.

Ağ ayılar Rusiya, Qrenlandiya, Norveç, ABŞ, Kanada və Alyaskada yaşayırlar. İqlim istiləşməsi  ağ ayıların sayının kəskin aşağı düşməsinə səbəb olur. Hər il fevralın 27-si Ümumdünya ağ ayılar günü kimi qeyd edilir.

0 points