Tornado answered
İstanbul şəhərindən biraz aralı Mərmərə dənizində yerləşən 9 adadan (Böyük ada, Heybəli ada, Burqaz ada, Xınalı ada, Yassı ada, Sədəf adası, Sivri ada, Qaşıq adası, Dovşan adası) ibarət olan adalar qrupu “Şahzadə adaları“ vəya sadəcə Adalar adlanır. Bu ada İstanbul ilinin Adalar Bələdiyyəsinin ərazisinə daxildir. Adaların ümumi sahəsi 11 km²-ə bərabərdir. Bizans imperiyası zamanı adada əsasən şahzadələr və imperatorun yaxınları saxlanılırdı. Osmanlı dövründə ilə osmanlı sultanları və onların yaxınları adada yaşayırdılar. Elə bu səbəbdən də buranı “Şahzadə adaları“ adlandırırdılar.
Hal-hazırda adada türklər, yunan və yahudilər də yaşayırlar. Adalar turistlərin çox maraqlandığı yerlərdən hesab olunur.