Acı, şirin, duzlu, turş bəs 5-ci dad nədir?
1908-ci ilə kimi 4 dadın olduğu qəbul olunmuşdur. Bu dadlar acı, şirin, duzlu, turş olaraq qəbul edilmişdir. 1908-ci ildə Tokyo Universitetindən Dr. Kikunae İkeda beşinci dadı kəşf etdi. "Umami" adlandırdığı "ətli" bir dad. Bu natrium qlutamat (monosodiyum glutamat) dadı idi. Soya sousu kimi bir çox Çin məhsullarına və fast foodlara əsas dadı qatan bu birləşmədir.
Əslində bir çox təbii məhsullarda qlutamata rast gəlmək olar. Parmezanda və pomidorda yüksək miqdarda rast gəlmək olar. Bu zülal orqanizmin fəaliyyəti üçün əvəzolunmaz sayıla bilər. Bədənimiz gündəlik 40 qr qlutamat ifraz edir.
Dünyada zərərli maddə olaraq insanlara qəbul etdirilməyə çalışılsada, əslində natrium qlutamat süfrə duzundan daha zərərsizdir.
Natrium qlutamatın zərərli maddə olaraq qəbul edilməsi "Çin Restoranı Sindromu"-dan sonra yayıldı. Dr.Robert 1968-ci ildə bir neçə xəstəsində Çin yeməklərindən istifadədən sonra boyun və qollarda uyuşuqluqdan şikayət etdiyini müəyyən etmişdir. Bunun səbəbinidə natrium qlutamata bağladı. Sonradan araşdırmalara görə bu şikayətlərin yaranması üçün lazım olan miqdarı hər hansı qidayla qəbul edilə bilməməsi tapılmasına baxmayaraq bu maddə zərərli damğasında qalmaqda davam edir.