Abşeron yarımadası hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Böyük Qafqaz dağlarının cənub şərq qurtaracağında, Xəzər dənizinin qərbində yerləşən Abşeron yarımadası Azərbaycan Respublikasının ərazisindədir. Abşeron sözünün mənası fars dilindən tərcümədə “ab”-“su “, “şoran”-“duzlu“ mənasını verir.

Yəni Abşeron “duzlu su“ deməkdir.

Abşeron yarımadası Böyük Qafqaz dağlarının davamı olub 70 kilometrdən çox Xəzər dənizinin içərisinə doğru irəliləmişdir. Yarımadanın mərkəzi, qərbi və cənub qərbi yüksəklik və yaylalardan, şərqi isə sahil düzənliklərindən ibarətdir. Seysmik fəal ərazidə yerləşir. Ərazidə çoxlu sayda palçıq vulkanlarına rast gəlinir. Yarımadada çoxlu sayda qalıq göllərə təsadüf edilir. Bunlardan Böyük Şor, Masazır, Mirzələdi, Xocahəsən və sairəni göstərmək olar.

İqlimi mülayim isti və yarımsəhra quru çöl iqlimi olub, günəşli saatların miqdarı 2200-2400 saat təşkil edir. Qış yumşaq, yay isti keçir. Respublika ərazisində ən az yağıntı burada müşahidə edilir. Güclü küləklər əsir.

Azərbaycan Respublikasında əhalinin ən sıx məskunlaşdığı ərazidir. Yarımadada Bakı, Sumqayıt Respublika tabeli şəhərləri, Xırdalan şəhəri və 32 şəhərtipli qəsəbə yerləşir.

0 points