Tornado answered
Dəniz sahillərində dalğa sahili dağıdıb parçalayaraq ona müəyyən bir görkəm verir. Dalğanın sahildə gördüyü bu iş abraziya adlanır. Dalğanın fəaliyyəti ilə dəniz sahillərində qumlu və ya daşlı qumlu abraziya düzənlikləri, suyun səviyyəsinin qalxıb enməsi ilə əlaqədar olaraq dəniz terrasları yarana bilir.
Abraziya prosesi üç yolla yaranır: mexaniki, kimyəvi, termiki.
1. Mexaniki - dalğa sahilə təzyiq edərək oradakı süxurları dağıdıb parçalayır və özü ilə aparır.
2. Kimyəvi - dalğanın gətirdiyi su süxurları özündə həll edərək aparması nəticəsində baş verir.
3. Termiki - Daimi donuşluq ərazilərində (qütbətrafı rayonlarda) dalğanın gətirdiyi nisbətən isti suların sahildəki buzlara etdiyi təsir nəticəsində baş verir.