Abisal sahə nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Okean dibinin 3000 metrdən dərin olan hissəsinə abisal sahə və ya abisal zona deyilir. Abisal yunan sözü olub "dibsiz" deməkdir. Bu zona zülmət qaranlıq olması ilə fərqlənir. Relyefi hamar düzənliklərdən, dərin çökəkliklərdən, yayla və dağlardan ibarətdir. Burada suyun hərəkəti çox zəifdir. Okeanın bu hissəsində ancaq yüksək təzyiqə dözə bilən (hər kv. santımetrə 775kq-a qədər) canlılar, əsasən bentoslar yaşayırlar. Zülmət qaranlıq olduğundan burada yaşayan canlıların hamısı kordur. Temperaturun çox aşağı olması ilə səciyyələnir. Okean dibinin 90%-i abisal çöküntülərlə örtülüdür.

Abisal zonanın 40%-ni abisal düzənliklər tutur. Bu düzənliklər 2500-5500m arasındakı dərinlikləri əhatə edir. Düzənliklər materik yamacı ilə orta okean sıra dağları arasında yerləşir. Abisal düzənliklər hamar və təpəli olmaqla iki yerə ayrılır.

Abisal zonadan aşağıda ultraabisal zona yerləşir.

0 points