Rekonkista nədir?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Rekonkista İspaniyada müsəlman ərəblərə qarşı xristian ispanların apardığı dini məzmunlu hərəkatdır. Bu hərəkat 718-ci ildə başlamış 1492-ci ildə son ərəb dövləti Qranada Əmirliyinin süqutu ilə başa çatmışdır. Əl-Mürabi və Əl Müvəhdi kimi mərkəzi Afrikada olan müsəlman dövlətləri rekonkistanı zəiflətsələrdə dayandıra bilmədilər.

VIII əsrdə Tariq ibn Ziyadın başçılığı altında Pireney yarımadasına hərəkət edən ərəb ordusu qısa zamanda İspaniyanın bütün vilayətlərini işğal edərək Fransa sərhəddinə qədər irəlilədilər. Yalnız franklarla döyüş ərəblərin məğlubiyyəti onları dayandırdı. 

IX əsrdə Xilafətin zəifləməsi ilə Kordoba (İspaniya Ərəb Xilafəti) müstəqilliyini elan etdi. Lakin kordova gedərək daha kiçik əmirliklərə bölündü. Bu sayədə ispanlar ərəblərə qarşı uğurlu müharibələr apararaq yavaş-yavaş ərəbləri Pireney yarımadasından çıxartmağa başladılar. Navas-de-Tolosa döyüşü və ondan sonrakı bir neçə illər ərzində ərəblərin əlində təkcə Qranada qaldı.

Rekonkistanın nəticəsində qurulan İspaniya mürtəce katolik dövlətə çevrildi. Kilsə hakimiyyəti uzun müddət davam etdi.

0 points