Muğan düzü haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Muğan düzü iki ölkə, Azərbaycan və İran ərazisində yerləşir. Düzənlik şimaldan və şimal şərqdən Araz və Kür çayları vasitəsi ilə Mil və Şirvan düzlərindən ayrılır. Düzənlik Parsabad (İran), Germi (İran), Biləsuvar (İran, Azərbaycan), Saatlı (Azərbaycan), Sabirabad (Azərbaycan) rayonlarının ərazisinə daxildir.

Muğan düzündə insanlar qədimdən əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. Govurarx adlanan qədim arx izləri indi də Saatlı və Sabirabadın bəzi yerlərində qorunub saxlanılır.

Muğan düzünün görməli yerlərinə Araz çayı sahili, Qız qalası, Xudafərin körpüsü və s.-ni misal göstərmək olar.

0 points