Kaylas dağı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kaylas silsiləsi Çin Xalq Respublikasının Tibet muxtar rayonu ərazisində olan Qandis dağ sistemindədir.

Yerləşdiyi rayonun ən hündür dağı olan Kaylas dağının hündürlüyü 6666 metrə bərabərdir. Lakin dağın hündürlüyü haqqında fərqli mülahizələr var. Alimlər arasında 6638 km-dən 6890 km-ə kimi müxtəlif  hündürlüklər deyənlər var. Bu ərazidə hündürlüyün əvvəlkindən çox olması realdır, çünki Alp-Himalay qırışıqlığına daxil olan bu dağlar ildə 0.5-0.6 sm hündürləşə bilir. Dördbucaqlı konus şəklində olan bu dağın zirvəsi daima qar buzla örtülü olur.

Kaylas dağının cənub yamacında olan şaquli və üfüqi çat svastikaya bənzədiyinə görə dağı bəzən "Cvastika dağı"-da adlandırırlar. Qədim Hind, Nepal və Çinlilərin inanclarına görə dağ müqəddəs sayılır və onun zirvəsinə çıxmağa icazə vermirlər. Hətta orada zamanın sürətlə keçdiyini 12 saatda 2 həftə keçdiyini deyirlər.

Tibetdən başlanan çayların əksəriyyəti Kaylas buzlaqlqrı ilə qidalanır.

0 points