Çayın oxu nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Axın zamanı çayın sürəti mənsəbə getdikcə azalır. Bu prosessə müxtəlif qüvvələr təsir göstərir. İlk növbədə meylliyin azalması, suyun dibinə və sahilə olan sürtünmə, hava ilə sürtünmə.

Çayda maksimal sürət çayın ən dərin yerində sahildən bir qədər uzaq, səthdən aşağı və dibdən bir qədər yuxarıda müşahidə olunur.

Bəzən çay asimmetrik olduqda maksimal sürət çayın bir sahilinə yaxınlaşmış vəziyyətdə də ola bilər. İstənilən halda çayda maksimal sürətin müşahidə edildiyi nöqtələri birləşdirən xəttə çayın oxu deyilir.

0 points