Bazardüzü zirvəsi hansı dağdadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin Azərbaycan Respublikası ərazisində ən hündür nöqtəsidir. Zirvənin hündürlüyü 4466m-ə bərabərdir. Bazardüzü zirvəsi Rusiya Federasiyası ilı sərhəddə Qusar rayonu ərazisində yerləşir. Zirvədə Buzlaqlar mövcuddur. Ən boyük buzlaq dilləri Murkar və Tixiçar buzlaqları sayılır.

Bazardüzü dağının adı ətəyindəki Şahnabad çayının dərəsində yerləşən köçəri maldarların yaylağı olan Bazardüzü düzünün adından götürülüb. Orta əsrlərdə bu ərazidə keçirilən həftəbazarına ətrafda yaşayan xınalıqlılar, qrızlılar, buduxlar, ləzgilər, saxurlar, avarlar, qumıklar, noqaylar, azərbaycanlılardan başqa gürcülər, farslar, ərəblər, hindistanlılar, yevreylər, ermənilər və başqaları da gəlirdilər.

0 points